AZƏRBAYcAN MİLLİ ELMLƏR AKADEMİYASI

FƏLSƏFƏ VƏ SİYASİ-HÜQUQİ TƏDQİQATLAR

İNSTİTUTU

 

 

 

 

 

ADİL ƏSƏDOV

 

 

 

 

 

 

 

 

 

GÖZƏLLİYİN

FƏLSƏFƏSİ:

mahiyyət və onun cismani təcəssümü

spiritualist aristokratizm işığında

 

 

 

 

 

 

 

 

 

 

BAKI

NURLAN

2005

 

 

 

 

 

Adil Əsədovun monoqrafiyası, şübhəsiz ki, aktual və vacib prob­lemə - gözəlliyin bir fəlsəfi hadisə olaraq səciyyələndirilmə­sinə həsr edilmişdir. Monoqrafiyanın ən xarakterik cəhəti də elə ondadır ki, burada diqqət mərkəzinə fəlsəfənin ən fundamental və ən cazibəli problemlərindən biri gətirilir. Gözəllik mövzusu fəlsəfənin əbədi problemləri sırasındadır. Monoqrafiya qədim və əbədi problemin yenidən mənalandırılması ol­maq­­­la son dərəcə maraqlıdır.

Əsər başlıca olaraq üç hissədən ibarətdir. Bu hissələrin birin­ci­sin­də gözəlliklə bağlı müəllifə qədər söylənilən fəlsəfi mülahizələr, ikincisində mü­əllifin öz fəlsəfəsi, üçüncüsündə isə müəllif baxışları ətra­fında müzakirələr təqdim olunur.

Müəllif mövqeyinin xalis şəkildə verildiyi ikinci hissə ilk baxışda bir qədər qeyri-adi görünsə də on altı fəsildən iba­rət­dir.

Birinci fəsildə müəllifin özül prinsipi təqdim olunur: Gözəllik ma­hiy­yətin gerçək təzahürüdür. Bu müddəa Adil Əsədovun Gözəllik fəlsəfəsinin başlanğıcını, başlıca mənasını və qayəsini təşkil edir.

Gözəlliyin əksliyini - eybəcərliyi mahiyyətin gerçəkləşmədən  təza­h­ü­­rü kimi mənalandıran ikin­ci fəsildə eybəcərlik əsasən insanın timsalında nəzərdən keçirilir, hə­qi­qi olmayan həyatın bilava­si­tə ifadəsi, mahiyyə­tin qeyri-adek­vat təzahürü, mövcudolmanın ülviyyətini itirməsi kimi təq­dim olunur.

Üçüncü fəsildə müəllif təbiətin gözəlliyini nəzərdən keçirir və onu mahiyyətə ilahi qayıdış kimi səciyyələndirir. Burada müəllif təbiət gözəl­liyi­nin sir­ri­ni, ona xas olan roman­tik bir qaydada, dünyanın öz ruhuna qo­vuşaraq nizama düş­mə­sin­­də görür.

Gözəlliyi bəzəyə qarşı qoyan, bəzəyi mahiyyətin zahiri gerçəkliyi kimi təqdim edən dördüncü fəsil­də müəllif təsdiq edir ki, «de­ko­ra­tiv tət­bi­qi sənət də, kosmetika da, ad-san da, şan-şöhrət də, var-dövlət də, haki­miyyət də bir bəzək­dir». Həyatın müəllif tərəfin­dən fəlsəfi ola­raq  mə­na­landırılması bəzək mövzusunda da öz oriji­nal­lığı ilə seçilir.

Beşinci fəsildə müəllif təxəyyülün gözəlliyindən söhbət açır və onu ger­çək­ləşməmiş mahiyyətin seyr olunması kimi dəyərləndirir. Müəllif tə­xəy­yü­lün ümumi səciyyəsini be­lə verir: mövcud reallığa qane olmama, mövcud reallıqdan nara­zı­lıq duyğusu insani mahiyyətə uyğun dünyanın obrazını insan tə­xəy­yü­lündə formalaşdırır.

«Mahiyyətin gerçəkləşdirilmədən təqdimatı: incəsənət» adla­nan altıncı fəsildə qeyd olunur ki, təxəyyül idealı görmək üçün ol­du­ğu halda, incəsənət idealı göstərmək üçündür. İncəsənət idealı bə­dii obrazla əvəz­ləyir. Müəllif idealın duyulmasını – estetiklik, idea­lın təsvirini isə – bə­dii­lik adlandırır.

Növbəti, yeddinci fəsil rəqsin fəlsəfəsinə həsr olunmuşdur və rəq­si ma­hiy­yətin gerçəkləşdirilmədən hə­rə­ki təqdimatı kimi səciy­yə­lən­di­rir. Mü­əl­lif rəqsi fəlsəfi və həm də eyni za­manda obrazlı olaraq «xəyalları göylərdə süzən, özü də bütün ru­hu ilə xəyallara bağlı olan xoşbəxt bir insanın hərə­kətləri ilə» mü­qa­yisə edir.

«Mahiyyətin gerçəkləşdirilmədən yaşanması: musiqi» adla­nan sək­ki­zin­ci fəsildə musiqi insan həyatında öz əks-sədasını tap­ma­lı olan ürək çırpıntılarının belə bir əks-səda olmadan döyündü­rül­məsi, insan qəlbində yatan idealın reallaşmadan yaşanması, ger­çək­ləş­mə­miş idealın gerçəklik illüziyası kimi səciyyələndirilir.

Doqquzuncu fəsil «Mahiyyətin gerçəkləşdirilmək üçün təq­di­matı: poeziya» adlanır. Müəllif burada poeziyanı ona xas olan qey­ri-adi qay­da­da, ən dəqiq və ən gözəl bir formada təqdim olun­muş iradə ifadəçisi kimi səciyyələndirir.

«Mahiyyət və reallıq arasında tə­rəd­düd: dram» adlanan onun­­cu fəsildə müəllif qeyd edir ki, eybəcər reallığı ideala qarşı qoy­­maq bütün hallarda vəziyyəti dramatikləşdirmək deməkdir. Mü­­­əl­­lif dramın sirrini olmalı olan əməlin olmamasında görür.

On birinci fəsil müəllif tərəfindən «Mahiyyətin arxa plana atıl­ma­sı: pro­za» adlandırılır. Müəllif qeyd edir ki, proza poeziya­dan və dramdan fərqli olaraq ideala və mahiyyətə demək olar ki, biganədir. Müsbət və mən­­fi arasındakı fərq prozada öz kəskinliyini azaldır. Burada müsbət qüv­­və­­lər­də və müsbət personajlarda mənfi qarışığı, mənfi qüvvələrdə və mən­fi personajlarda isə müsbət qarı­şı­ğı vardır.

«Mahiyyətin gerçəkləşdirilmədən sükuti təqdimatı: təsviri sə­nət» ad­la­nan on ikinci fəsildə müəllif qeyd edir ki, təsviri sənət ger­çək­lik təsviri­nin proza tərəfindən buraxılmış boşluqlarını doldurur və bununla da prozanı əslində tamamlayır.

On üçüncü fəsil «Mahiyyətin əksliyi: reallıq» adlanır. Müəl­lif bura­da qeyd edir ki, dünyanın ideal baxımından deyil, reallıq ba­xı­mın­dan an­la­şıl­ması ilə, ideal dünyasının fakt dünyasına çevril­mə­si ilə həyatın özü də mənasını itirir və mənasızlaşır. Həyatın tə­zə­dən mə­nalandırılması missi­ya­sı isə bir daha fəlsəfənin çiyinləri üzə­rinə dü­şür. Əgər fəlsəfə ilkin ola­raq həyatı mənalandırarkən ilk növ­bədə idea­lın rasionallaşdırılmasını, estetik təfəkkür məntiqinin do­ğu­­lu­şu­nu şərtləndirirdisə, real, obyektiv dünyanın mənalan­dırıl­ması ilə fəlsəfə poetik yüksəkliklərdən metafizik dərinliklərə enərək özü­nün ikinci missiyasını yerinə yetirmiş olur. Gözəl­lik fenomeni­nin Dünya Nizamı, Dünya Ruhu, Dünya İradəsi, Dünya Zə­kası ide­­ya­la­rı əsasında müəllif tərəfindən yenidən mənalandırılması son dərə­cə orijinaldır.

«Mahiyyət və reallıq arasında körpü quruculuğu: təfəkkü­rün gö­zəl­liyi» adlanan on dördüncü fəsildə müəllif təfəkkürün real əsa­sı kimi ideal və reallıq arasındakı ziddiyəti qeyd edir.

On beşinci fəsil «Mahiyyətsizləşməyə qarşı müqavi­mət: əxla­qın gö­zəl­liyi» adlanır. Burada əxlaq müəllif tərəfindən ideyanın tə­miz­lən­mə pro­sesi kimi təqdim olunur.

«Mahiyyətə insani qayıdış: cəmiy­yətin gözəlliyi» adlanan so­nun­cu, on altıncı fəsildə müəllif təbii təyinat ideyasının mücəssi­mə­si olan cəmiy­yəti insan birliyi formalarından ən gözəli kimi qeyd edir.

Monoqrafiya bütövlükdə yeni ideyalarla son dərəcə zəngin­dir. Əsərin digər mühüm əlaməti - burada ifadə olunan fikirlərin həyati­li­yidir. Müəllif hansısa mövzunu araşdırmaqdan daha çox, həyatın, real insan həyatının doğurduğu həqiqi fəlsəfi problemlər üzərində düşünür.

Adil Əsədov oxucuların mühakiməsinə verdiyi yeni monoqrafiyasında gözəllik fenomeninin özünə­məxsus fəlsəfi təqdimatını verir. Bu təqdimat gözəlliyin mahiyyətə müncər edilməsinə əsaslanır və bədii təfəkkürün tarixi inkişaf xüsusiyyətlərini müəyyənləşdirir.

Monoqrafiya fəlsəfi elmlər üzrə mütəxəssislər, sənətşünaslar, ali mək­təb tələbələri, həmçinin gözəllik və fəlsəfə mövzuları ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

 

 


 

Адиль Асадов,

доктор философских наук

ФИЛОСОФИЯ КРАСОТЫ:

сущность и ее воплощение в свете

спиритуалистического аристократизма

 

Резюме

 

Автор восстанавливает классическое противопоставление эстетики логике, пантеизма детерминистической науке, спиритуализма материализму, аристократизма прагматизму и, исходя из этого противопоставления, создает свою оригинальную философию красоты. Суть этой философии сводится к пониманию красоты как материального воплощения духовной сущности мира, своеобразно объясняемой автором Мировой Души. В красоте автор видит олицетворение божественного начала, истины, действительность человеческого достоинства, аристократизм, выражение подлинного человеческого счастья. Между тем, в безобразном лице автор находит выражение лишенной смысла жизни, отор­ванность от божественной сущности, неосуществленное проявление сущности.

Человеческую способность непосредственно созерцать неосуществленную сущность автор называет красотой воображения.

В красоте очеловеченного мира автор видит трансцендентную действительность сущности.

Искусство рассматривается автором как умение представления неосуществленной сущности. Если изобразительное искусство выражает неосуществленную сущность вне времени, то танец имитирует ее движение не осуществляя ее. Человек чувствует, переживает сущность, ее не осуществляя, когда он творит и слушает музыку, - утверждает автор. В поэзии автор находит выражение сущности для осуществления, а в драме – нерешительность осуществить сущность. Проза, по мнению автора, отодвигает сущность на задний план.

В нахождении промежуточных элементов между сущностью и неосуществленным миром автор находит красоту мышления.

Сопротивление обезличению автор рассматривает как красоту морали.

Построенное на принципе естественного предназначения общес­тво характеризуется автором как человеческое осуществление сущности. А в красоте природы, он находит, ее божественное осуществление.

 

 


 

 

 

Adil Asadov,

Doctor of Philosophy

PHILOSOPHY OF BEAUTY:

Essence and its corporeal embodiment in the light

of spiritualistic aristocraticism

The summary

 

The author restores classical opposition of aesthetics to logic, of Pantheism to Deterministical Science, of Spiritualism to Materialism, of Aristocraticism to Pragmatism and on this basis he creates his own original philosophy of beauty. The main point of this philosophy is the understanding of beauty as material embodiment of World’s spiritual essence, of explained by the author in a peculiar manner World Soul, World Reason, World Will and World Order. In beauty the author sees incarnation of the Truth and of the Divine Beginning, reality of human dignity, aristocratism, expression of true human happiness. Meanwhile, in the ugly face the author finds expression deprived meaning of life, isolation from divine essence, unfulfilled appearance of essence.

Human ability directly to behold unfulfilled essence the author names beauty of imagination.

In beauty of the humanized world the author sees the transcendental reality of essence.

Fine arts are considered by the author as art of presentation of unfulfilled essence. If the imitative arts express unfulfilled essence outside of time dance simulates its movement unfulfilling it. Man feels, experiences essence, unfulfilling it when he creates and listens to music, - the author asserts. In poetry the author finds essence expression for realization, and in drama - indecision to carry out essence. The prose removes essence on a background, from author’s point of view.

In a finding of intermediate elements between essence and the unfulfilled world the author sees beauty of thinking.

The resistance to depersonalization the author considers beauty of morals.

Constructed on a principle of natural destination the society is characterized by the author as human realization of essence. And in beauty of the nature, he finds its divine realization.

 


 

 

Adil Asadov

Doktor für Philosophie

PHILOSOPHIE DER SCHÖNHEIT

Das Wesen und seine Verkörperung

im Licht spiritualistischen Aristokratismus

     Resümee

 

Der Autor stellt die klassische Entgegensetzung der Ästhetik der Logik, des Pantheismus deterministischer Wissenschaft, des Spiritualismus dem Materialismus, des Aristokratismus dem Pragmatismus wiederher und ausgehend von dieser Entgegensetzung konzipiert seine echte Philosophie der Schönheit. Der Leitgedanke dieser Philosophie wird auf das Verständnis der Schönheit wie der materiellen Verkörperung des geistigen Wesens der Welt, des vom Autor eigentlich erklärende Weltgeistes zurückgeführt. In der Schönheit sieht der Autor die Personifikation des göttlichen Anfangs, die Wahrheit, die Wirklichkeit der menschlichen Würde, den Aristokratismus, den Ausdruck des echten menschlichen Glückes. Inzwischen findet der Autor in der hässlichen Person den Ausdruck des den Sinn beraubten Lebens, die Losgelöstheit vom göttlichen Wesen, die Abwesenheit des Gefühls der menschlichen Würde, das menschliche Unglück, die Abwesenheit des Aristokratismus, die nicht verwirklichte Erscheinungsform des Wesens.

Die menschliche Fähigkeit betrachtet unmittelbar das nicht verwirklichte Wesen. Der Autor nennt dies die Schönheit der Einbildungskraft.

In der Schönheit der vermenschlichen Welt sieht der Autor transzendentale Wirklichkeit des Wesens.

Die Kunst wird vom Autor wie die Kunst der Vorstellung des nicht verwirklichten Wesens betrachtet. Wenn die darstellende Kunst das nicht verwirklichte Wesen außer der Zeit ausdrückt, so bildet der Tanz ihre Bewegung ohne Verwirklichung nach. Wenn der Mensch die Musik schaft und ihr zuhört, so fühlt er sie und erlebt ihr Wesen ohne Verwirklichung, - behauptet der Autor. In der Poesie findet der Autor den Ausdruck für die Verwirklichung des Wesens, aber im Drama sieht er das Wesen in der Abwesenheit der Verwirklichungsentschlossenheit. Die Proza verschiebt das Wesen auf den Hintergrund.

Die Auffindung der Zwischenelemente zwischen dem Wesen und der nicht verwirklichten Welt sieht der Autor in der Schonheit des Denkens.

Den Widerstand gegen das unmenschliche Verhalten betrachtet der Autor wie die Schönheit der Moral.

Die Gesellschaft, die auf das Prinzip der natürlichen Bestimmung  gebaut wird, wird vom Autor wie die menschliche Verwirklichung des Wesens charakterisiert. Und in der Schönheit der Natur findet er ihre göttliche Verwirklichung.