ANA SƏHİFƏ

Nəqliyyat xidmətləri

Əgər siz səfər edəcəyiniz yerə necə çatacağınızı düşünürsünüzsə, təhlükəsiz və rahat nəqliyyat vasitəsi arzulayırsınızsa, onda Philosophy Travel-in bu xidməti məhz Sizin üçündür. Şirkət təşkilatlara və fiziki şəxslərə avtomobillərin icarəyə verilməsi üzrə keyfiyyətli nəqliyyat xidmətləri təqdim edir. Avtomobillərin icarəyə götürülməsi ilə bağlı sifarişlər 2 qaydada qəbul edilir: onlayn sifariş forması və ya göstərilən telefonlara zəng vurmaqla.

Philosophy Travel sərnişin nəqliyyat xidməti çərçivəsində Bakı və ətraf qəsəbələr üzrə saat hesablı ödənişlə sürücü ilə gəzinti üçün avtomobil kirayəsinə, həmçinin sürücü ilə birlikdə avtomobilin uzunmüddətli (bir neçə günlük, aylıq və ya illik) kirayəsinə sifarişlər qəbul edir. Siz həmçinin hava limanına transfer üçün sifariş verə bilərsiniz.
Azərbaycan və Gürcüstanın rayonlarına səyahət etmək istəsəniz belə, avtomobil icarəsinin sifarişi mümkündür.

Minik vasitələrindən əlavə, Philosophy Travel kollektiv tədbirlər (korporativ yığıncaqlar zamanı nəqliyyat vasitələri ilə təchiz, toy üçün avtomobil, nümayəndə heyətinin müşayət olunması, ekskursiyalar və s.) zamanı Sizə xidmət göstərəcək sürücüsü olan minivenləri və mikroavtobusların icarəsini də təqdim edir.

Sizə faydalı olsaq, bundan məmnunluq duyarıq!

Sürücüsü olan kirayə avtomobillərimiz

Philosophy Travel-in avto parkı istehsal müddəti 5 ili ötməyən, komport və təhlükəsizlik üzrə bütün tələblərə cavab verən yalnız xarici avtomobillərdən ibarətdir. Buradakı nəqliyyat vasitələrinin model və marka çeşidlərinin bolluğu hər bir müştəriyə reallıqda ona zəruri olanı tapmağa imkan verir. Bütün avtomobillər kondinsioner və təhlükəsizlik balışları və kəmərləri ilə təchiz olunub, həmçinin müntəzəm olaraq, vaxtlı-vaxtında Moskvadakı rəsmi dilerlərində planlaşdırılmış texniki xidmətdən keçirlər. Avtoparkdakı bütün maşınların xarici görkəmi kimi salonları da həmişə təmiz və səliqə-səhmanlı olur. Şirkətimizi fərqləndirən cəhətlərdən biri də odur ki, bizim bütün nəqliyyat vasitələrimiz müştərilərimizin imicini dəstəkləyən heç bir reklam materiallarını üzərində əks etdirə bilməz. Peşəkar sürücülərin seçimi isə Sizə yolda özünə əminlik hissini gücləndirəcək və təyin olunan yerə vaxtında çatmağınızı təmin edəcək.