«FƏLSƏFİ MAARİFÇİLİK
ASSOSİASİYASI»
İCTİMAİ BİRLİYİ
«Fəlsəfi Maarifçilik Assosiasiyası»
ictimai birliyinin fəaliyyətində başlıca məqsəd
Azərbaycanda fəlsəfi biliklərin inkişaf etdirilməsinə
və cəmiyyət içərisində geniş
yayılmasısına nail olmaqdan ibarətdir.
Assosiasiya qarşısında qoyduğu
məqsədə çatmaq üçün aşağıdakı vəzifələri
həyata keçirir:
·
Dünya fəlsəfi irsini Azərbaycan
oxucusuna təqdim etmək.
·
Azərbaycan fəlsəfəsininin
nailiyyətlərini beynəlxalq səviyyəyə çıxarmaq.
·
Azərbaycanın sosial və mənəvi
inkişafından doğan fəlsəfi problemləri müəyyənləşdirmək
və onların həlli yollarını tapmaq.
·
Fəlsəfənin ümumelmi-metodoloji
funksiyalarının Azərbaycan elmi üçün gerçəkləşmə
yollarını müəyyənləşdirmək;
Assosiasiyanın fəaliyyət predmetinə
daxildir;
Xarici ölkə və respublika mütəxəssisləri
ilə qarşılıqlı informasiya mübadiləsinin keçirilməsi;
Beynəlxalq və respublika əhəmiyyətli
müvafiq tədbirlərdə Azərbaycanın təmsil edilməsi;
Beynəlxalq, regional və respublika
miqyaslı seminarların, konfransların və simpozium
keçirilməsi;
mətbuat konfransları keçirilməsi.
müxtəlif mətbu nəşrlərin təsis
olunması;
Assosiasiya Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyində 28 sentyabr 2005-ci il tarixində dövlət
qeydiyyatına alınmışdır. Qeydiyyat №
1105-Q5-1885.
Assosiasiyanın saytı Həbib
Hüseynov və Tural Əsədov tərəfindən
yaradılmışdır.
.