ANA SƏHİFƏ

Səyahət Sığortası

Turistlər üçün sığorta

İstirahətinizin həmişə ürəyinizcə və xoş təəssüratlarla dolu, yaddaqalan olmasına çalışan Philosophy Travel həyatın gözlənilməz hadisələrinə qarşı da ehtiyatla yanaşır. Təəssüf ki, gözlənilməz xəstəlik və travma ucbatından istənilən istirahət təxirə düşə bilər. Bu isə bir neçə günlük xəstəxana şəraitində tibbi yardıma və dərmanlara görə böyük məbləğdə vəsait xərcləri deməkdir.

Məhz bu zaman bizim vasitəçiliyimizlə əldə etdiyiniz sığorta polisi Standard Insurance sizin gərəyiniz olacaq. Sığorta polisinə sahib olmağınız imkan verir ki, siz bütün gün boyu, istənilən saatda beynəlxalq asistent şirkətlə əlaqə saxlayasınız və rusdilli operator sizə kömək etmək üçün lazımi tədbirləri görəcək.

Qeyd edək ki, tibbi xərclərinizi qarşılayacaq beynəlxalq sığorta polisi Standard Insurance GVA-nı (Global Vayager Assistance) dəstəkləyir.

Standardinsurance.az

Sığorta polisi xarici səfərdə olarkən gözlənilməz xəstəlik və ya bədbəxt hadisələr zamanı günün 24 saatında tibbi yardımı təşkil etməyi və bunun üçün ödənişi öz üzərinə götürməyə zəmanət verir.

Sığorta polisi limitsiz ödənişə zəmanət verir:

  • Həkim xidməti və həkimin təyin etdiyi dərmanlar üzrə
  • Xəstəxanada qalma və cərrahi əməliyyatın qiyməti də daxil olmaqla bütün zəruri müayinələr üzrə
  • Xəstəxanaya tibbi göndəriş və aparılan müalicədən sonra Vətəninə təxliyə üzrə
  • Yetkinlik yaşına çatmamış, nəzarətsiz qalan uşaqların Vətəninə yola salınarkən müşayət olunması üzrə
  • Təcili stomatoloji yardım üzrə
  • Sığorta polisi kateqoriyasına uyğun digər xidmətlər üzrə