ANA SƏHİFƏ

Azərbaycan haqqında

Azərbaycana xoş gəlmişsiniz!

Azərbaycan – Avropa ilə Asiyanın kəsişməsində qədim sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu unikal bir ölkədir. Burada hər şey heyrətamizdir: təbiət, mədəniyyət, tarix, adət və ənənələr, arxitektura və s. Təsəvvür edin, qədim insanın çəkdiyi Qobustan Qaya rəsmləri, yeraltından çıxan qaynar bulaqlar, daima  yanan alov! Qədim Odlar Yurdunun adının izahı da bu unikallıqla bağlıdır: Odər Bayqan, yəni Od Allahının Qoruduğu Yer deməkdir. Bu izlər müasir çağlara qədər gəlib çıxır. Daimi alovların məskəni olan Yanar Dağı, Atəşgahın tarixi abidələrini səyahətçilər həmişə heyranlıqla seyr edirlər. Azərbaycan əsrarəngiz, vəhşi təbiətə malik olan Qafqazın bir hissəsi olmaqla, onun şərq hissəsində, Xəzər dənizinin cənub-qərb sahilində yerləşir. Böyük İpək Yolunun üzərində yerləşən Azərbaycanın hər bir guşəsi canlı tarixdir, torpağının hər qarışı isə kurort zonasıdır. Abşeron yarımadası qızıl qumlu çimərlikləri, müalicəvi palçıq vulkanları, Naxçıvan dağları, duz mağaraları, Şəki, Şamaxı, Gəncənin unikal gözəllikləri və tarixi abidələri. Lənkəran, Nabran isə dənizlə dağların, meşələrin qovuşmasında açılan gözəl mənzərələri ilə məşhurdur. 11 əsas iqlim qurşağından 9-na rast gəlinən Azərbaycanın sahəsi
86,6 min km2 (33.400 kv. mil),
əhalisi
9  milyondan çox, paytaxtı isə Bakı şəhəridir.

Paytaxt Bakı Xəzər dənizində ən böyük liman, Qafqazda isə ən böyük şəhərdir. Qədim tarixinə, əhalisinin sayına görə Şərqin ən qüdrətli və ən böyük şəhərlərindən biridir. Burada müasirlik qədimiliklə qovuşur. (yanaşı addımlayır). Dar küçələri və mühəccərləri ilə fərqlənən, köhnə Bakı adlanan İçəri Şəhər, Şirvanşahlar Sarayı  və  onun ətrafında geniş prospektlər, biznes mərkəzləri, göydələnlər ucalır. Paytaxtın rəmzi olan tarixi Qız Qalasından baxanda bütün şəhərin möhtəşəm panoramı açılır.

Siyasi sistem Azərbaycan 1991-ci ildə Sovet İttifaqının tərkibindən çıxaraq dövlət müstəqilliyini bəyan edən, hazırda prezident üsul-idarəli demokratik Respublikadır. Ölkənin Prezidenti İham Əliyevdir. Respublikanın ali qanunvericilik orqanı isə Milli Məclisdir.

Rəsmi dil Azərbaycan dili (türk dillər qrupu). Paytaxt və digər rayon mərkəzlərində rus və ingilis dillərindən geniş istifadə olunur.

Saat qurşağı GMT (Qrinviç üzrə) +4, yay vaxtı: GMT + 5 saat

İqlimi mülayim- subtropikdir. İyul ayında orta temperatur dağlıq rayonlarında  +5 °C -dən +25 - +27°C -dək (əksər hallarda + 32 - +35) yüksəlir, yanvar ayında isə - 4 °C-dək enir. İlin ikinci yarısında havanın temperaturu +38 - +40°C-dək yüksələ bilər. Ona görə də Azərbaycana səyahət üçün ən münasib vaxt aprel ayından oktyab ayınadək olan dövrü əhatə edir.

Elektrik şəbəkəsində gərginlik 220/240 Volt, 50 Hz. İki girişli Şərqi-Avropa tipli elektrik çıxış standart sayılır.

Telefon əlaqəsi ölkənin hər bir guşəsində mümkündür. Azərbaycana xaricdən zəng etmək üçün beynəlxalq kod  (+ 994), Bakının kodu (012) yığmaq lazımdır. Azərbaycanda şəhərlər arası və beynəlxalq zənglər bilavasitə Bakıdan edilir. Paytaxtdan kənarda beynəlxalq zənglər yalnız danışıq məntəqələrində – rabitə bölmələri və poçt şöbələrində, eləcə də operator vasitəsi ilə həyata keçirilir.

Mobil rabitə GSM 900 standartını ölkədəki ən iri operatorlar – Azercell Telekom, Bakcell, Nar Mobile və Vodafon dəstəkləyir.

İnternet Bakı və digər əsas şəhərlərdə geniş yayılıb. İnternet domeninin ünvanı: .az

Faks xidməti ölkənin hər yerində, mehmanxanalarda da mövcuddur.

Poçt xidmətini Azərbaycanda Mərkəzi Poçt və bir sıra özəl kuryer-poçt şirkətləri həyata keçirir. Məktublar, bağlamalar, paketlər və banderolların göndərişi və çatdırılma prosesini sürətləndirmə məqsədi ilə kuryer-poçt xidmətlərdən istifadə etməyiniz tövsiyə olunur. Azərbaycana beynəlxalq poçt 10-15 gün ərzində çatdırılır.

Valyuta Azərbaycan manatıdır (AZN). 1 manat = 100 qəpik. Hazırda dövriyyədə 1, 5, 10, 20, 50 və 100 manatlıq əskinazlar, həmçinin 1, 3, 5, 10, 20 və 50 qəpik nominalında metal sikkələr mövcuddur. Xarici valyutalardan isə ABŞ dolları, Böyük Britaniya funt sterlinqi, Avro və yol qəbzlərini bütün banklarda Azərbaycan manatına mübadilə edə  bilərsiniz. Ölkənin hər yerində rəsmi valyuta mübadiləsi məntəqələri var və müxtəlif  valyuta mübadiləsini asanlıqla həyata keçirmək mümkündür. Qeyd edək ki, mübadilə qəbzini ölkəni tərk edənədək saxlamalısı vacibdir. Çalışın ki, özünüzlə daha çox kiçik nominalda əskinazlar götürün və valyutanı yalnız nəzərdə tutulan xərclər çərçivəsində dəyişin. Məlumat üçün bildirək ki, banklar ilə mübadilə məntəqələri arasında mübadilə məzənnəsi çox cüzi fərqlənir. Bəzi mağazalarda da POS-terminal və mübadilə məntəqələri mövcuddur. Bakıda banklar səhər saat 9:00-dan axşam saat 17:30-a qədər işləyir (bəzi banklar öz işini 24:00  kimi davam etdirir və bir çox mübadilə məntəqələri isə 24 saat fəaliyyət göstərir). Ucqarlarda isə iş saatları bir qayda olaraq səhər saat 9.30-dan axşam saat 17.00-17.30-adək davam edir.

Kredit və debet kartları ilə ödəniş yalnız paytaxtın böyük super marketlərində, habelə bəzi mehmanxana və banklarda qəbul edilir. Əyalətlərdə kredit kartları praktiki olaraq istifadə olunmur. Səyahət çekləri böyük mehmanxanalarda və banklarda qəbul edilir.

Mağaza və restoranlar Bakının mərkəzi yerlərində  səhər saat 9:00-dan gecə yarısınadək işləyir (ucqarlarda isə axşam saat 19:00-20:00-dək açıqdır). Bir çox restoranlarda "çaypulu" hesabın 5-10%-nı təşkil edir (əgər menyuda bu barədə qeyd yoxdursa, onda hesab məbləğinə 10% əlavə etmək olar).

Viza, gömrük və pasport nəzarəti  Azərbaycana səyahət edənlər üçün əlverişli sistem hesab olunur. Xarici valyutanın idxalında məhdudiyyat yoxdur (bəyannamə tələb olunur), ixrac isə bəyannamədə göstərilən miqdar ilə məhdudlaşdırılır. Yalnız Azərbaycan vətəndaşlarına yerli valyutanı idxal və ya ixrac etməyə icazə verilir. 16 yaşından yuxarı şəxslərə maksimum 1000 ədəd siqaret və ya 1000 kiloqram tütün məmulatı, 1,5 litrə qədər tünd spirtli içki və 2 litr şərab, şəxsi istifadə üçün isə müəyyən miqdarda ətriyyat, həmçinin ümumi dəyəri 10.000 ABŞ dollarına qədər olan digər malları rüsumsuz idxal etməyə icazə verilir. Eyni zamanda, şəxsi əşyaların, ölkədə rəsmi qaydada əldə edilmiş əl işləri və malların ixracına da icazə verilir. Müvafiq orqanların icazəsi olmadan istənilən əntiq əşyasının ixracı (qiymətli daşlar, sikkələr, əlyazmaları və başqa incəsənət əsərləri daxil olmaqla) qadağandır. Ölkəyə giriş vaxtı rəsmiləşdirilmiş gömrük bəyannaməsini ölkəni tərk edənə qədər saxlamaq lazımdır.