Fəlsəfi Maarifçilik Assosiasiyasının Prezidenti Adil Əsədov

Azərbaycan Respublikası Prezidenti yaninda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəsdəyi Şurasının

maliyyə dəsdəyi ilə həyata kecirilən

"Azərbaycanın dünya birliyinə inteqrasiyası prosesində milli mədəniyyətin inkişaf perspektivləri"

layihəsi çərçivəsində Quba şəhərində keçirilən dəyirmi masada çıxış etmişdir.

 

2009.07.22

 

Assosiasiyanın sədri Adil Əsədov “Azərbaycanın Dünya Birliyinə İnteqrasiyası prosesində milli mədəniyyətin inkişaf perspektivləri” mövzusunda çıxış etdi. O, mədəniyyət fenomeninə müxtəlif elmi yanaşma  üslubları barədə söhbət açdı, daxili və zahiri mədəniyyətin xüsusiyyətlərini açıqladı,  mədəniyyət tipləri ilə bağlı yeni konsepsiyanın geniş şərhini verdi və bu konsepsiyadan çıxış edərək müasir qloballaşma şəraitində Azərbaycanın milli mədəniyyətin inkişaf perspektivləri barədə öz mülahizələrini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Quba Regional Resurs və Təlim Mərkəzinin rəhbəri Eynulla Xeyrullayev irəli sürülən yeni konsepsiyanın maraqlı olduğunu vurğulamaqla yanaşı, burada səsləndirilən fikirlər ətrafında daha geniş silsilə müzakirələrin aparılmasının zəruriliyini vurğuladı. Eynulla Xeyrullayev eyni zamanda ictimai mədəniyyət və onun demokratik  dəyərlərlə əlaqələri barədə də ətraflı söhbət açdı.  Quba rayon İcra Hakimiyyətinin nümayəndəsi Aynur Yəhyayeva keçirilən tədbirin vacibliyini vurğuladı. “İrəli” İctimai Birliyinin nümayəndəsi Orxan Balayev mədəniyyətin psixoloji məqamları barədə danışdı, bu kontekstdə “istək” və “ümid” və onların doğurduğu vəziyyətləri mənalandırmağa çalışdı. Quba rayon İcra Hakimiyyətinin nümayəndəsi Rəxşəndə Bayramova mədəniyyət və din məsələləri üzərində dayandı.

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Quba regional resurs mərkəzinin rəhbəri Eynulla Xeyrullayev təklif etdi ki, mədəniyyətlə, xüsusən gənclərdə mədəni səviyyənin yüksəldilməsi ilə bağlı tədbirlərin tez-tez keçirilməsi məqsədəuyğun hesab edilsin.

Çıxışlar dinlənildikdən sonra “Fəlsəfi Maarifçilik Assosiasiyası” İctimai Birliyinin sədri, fəlsəfə elmləri doktoru Adil Əsədov göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına, Quba rayon İcra Hakimiy­yətinə, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Quba Regional Resurs və Təlim Mərkəzinin rəhbərliyinə öz minnətdarlığını bildirdi.

Sonda “Fəlsəfi Maarifçilik Assosiasiyası” İctimai Birliyinin nümayəndələri Assosiasiyanın Quba şəhərində keçirdiyi tədbir çərçivəsində Heydər Əliyevin abidəsini və Heydər Əliyev muzeyini ziyarət etdilər.

Tədbir yerli “Xəyal” televiziyası tərəfindən işıqlandırıldı.