Fəlsəfi Maarifçilik Assosiasiyasının Prezidenti Adil Əsədov Vətəndaş cəmiyyəti jurnalına müsahibə vermişdir.
2011.07.28
Layihəmiz Azərbaycan
mədəniyyətinin
təqdimatı ilə bağlıdır
Adil müəllim, layihə üzrə gördüyünüz işlər haqqında məlumat verməyinizi xahiş edirəm.
Bizim layihə assosiasiyanın ümumi fəaliyyət istiqamətlərinə uyрun olaraq verilib. Assosiasiyamız dünya fəlsəfi irsinin Azərbaycanda yayılamsı, həmçinin Azərbaycan fəlsəfəsinin uрurlarını dünya miqyasına çıxarmaq məqsədini güdür. Bu nöqteyi-nəzərdən fəlsəfə öz ü bir mədəniyyətin tərkib hissəsi olduрundan bizim layihə də dünya mədəniyyəti kontekstində Azərbaycan mədəniyyətinin təqdimatı ilə baрlıdır. Hər bir mədəniyyət özünün lokal xüsusiyyətlərinə malik olsa da, onun ümumi bəşəri mədəniyyətin inkişafı kontekstində öz yeri vardır. Bu yeri müəyyənləşdirmək və bədii təfəkkürün ümumi təkamülündə onu işıqlandırmaq son dərəcə mühümdür. Bu həm elmi tədqiqat tələb edir, həm də praktik fəaliyyət tələb edir.
Biz layihə çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının digər alimləri ilə birgə Azərbaycan mədəniyyətinin dünya kontekstində mənalandırılması ilə baрlı bir dəyirmi masa keçirdik və bu tədbirdə şuranın da əməkdaşları iştirak etdilər. Dəyirmi masa son dərəcə maraqlı, canlı keçdi. Suallar, cavablar, qloballaşma bizi hara aparır, biz öz milli simamızdan imtinamı etməliyik, yoxsa milli simamızı saxlaya bilərikmi, saxlaya biləriksə, necə? Bu suallar son dərəcə canlı diskussiyaya səbəb oldu və biz bu diskussiyanı ümumiləşdirərək, öz konsepsiyamızın zənginləşdirilməsinə müəyyən qədər nail olduq.
Eyni zamanda, layihənin ikinci hissəsində, yəni sentyabr ayında bizim Naxçıvana səfərimiz nəzərdə tutulur. Naxçıvanda biz Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan filialında daha bir dəyirmi masa keçirməyi planlaşdırırıq. Naxçıvan Azərbaycanın bir parçası olaraq müəyyən xüsusiyyətlərə, özəlliklərə malikdir. Onun adından da görüdüyü kimi, Nuh peyрəmbərlə baрlanması öz-özlüyündə Naxçıvanın mədəniyyətinin ümumbəşəri sivilizasiya kontekstinə baрlılıрını ifadə edir. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan filialında dəyirmi masa keçirdikdən sonra biz düşünürük ki, Naxçıvan Dövlət Universitetində tələbələrlə bir görüş keçirək. Bir slayd hazırlayaq və həmin slaydda mədəniyyətin dörd tipi bizim tərəfimizdən irəli sürülür: bu dörd tip konkret bədii obrazlarda necə ifadə olunur və dünya mədəniyyətinin bədii təsvirini biz tələbələrin də diqqətinə çatdırmaq niyyətindəyik.
Bu gün Azərbaycan mədəniyyətinin dünyada təbliр olunmasının əsas istiqamətləri hansılardır?
Azərbaycan mədəniyyətinin dünyada təbliр olunmasının, demək olar ki, bütün formaları var, amma biri digərindən, əlbəttə, daha canlı şəkildə təbliр olunur. Məsələn orada təbliр edilən təşkilatların özünün gücü, potensialı çox önəmlidir. Azərbaycan muрam sənəti dünya kontekstinə son dərəcə uрurla təbliр olunur, bu da, əlbəttə ki, Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilir. Heydər Əliyev Fondunun imkanları, potensialı böyükdür və bunu o, uрurla edə bilir. üstəlik, muрam sənəti də bizdə çox uрurla inkşaf edir və bu iki potensial, imkan birləşərək möhtəşəm bir hadisə yaradır. Bütövlükdə Azərbaycan mədəniyyəti ümumşərq ədəbiyyətinin bir parçası, eləcə də müstəqil, sivil Avropaya inteqrasiya istiqamətli bir dövlətin mədəniyyəti olaraq təbliр olunur. Bu mədəniyyət həm də ümumtürk mədəniyyətidir, ona görə də dünya üçün maraqlıdır. Bu gün ölkəmizə dünya səviyyəsində maraрın artması bu amillərlə sıx baрlıdır. Əlbəttə, burada müasir mədəniyyətimizin ayrı-ayrı sahələri haqqında da danışmaq olar, amma bu, bir az başqa mövzudur.
Mədəniyyətimizin təbliр olunmasında QHT-lərin və diaspor təşklatlarının rolu barədə nə deyisiniz?
Mədəniyyətimizin təbliр olunmasında digər təşkilatlar kimi, QHT-lər də öz işini görür, əlbəttə ki, bu sahədə ən mühüm iş, ən gözə görünən xidmətləri, bayaq qeyd etdiyimiz kimi, Heydər Əliyev Fondu yerinə yetirir. Heydər Əliyev Fondu da qeyri-hökumət təşkilatıdır. Amma bu Fondun imkanları digər QHT-lərin imkanlarından geniş olduрu üçün onun üzərinə daha böyük aрırlıq düşür. Əlbəttə, Fondun sədri, hörmətli millət vəkilimiz Mehriban xanım Əliyevanın YUNESKO və ıSESKO-nun xoşməramlı səfiri olması öz-özlüyündə mədəniyyətimizin təbliрində böyük rol oynayan bir amildir. Bundan başqa digər QHT-lər də Azərbaycan mədəniyyətinin, təfəkkür tərzinin, iç dünyasının təbliрində və tanıdılmasında müəyyən rol oynayırlar. Bu, həm də Azərbaycan dövlətinin keçirdiyi müxtəlif tədbirlərdə özünü göstərir. Məsələn bu il Azərbaycanda böyük bir mədəniyyət forumu keçirildi. çox böyükmiqyaslı bir forum idi, bu forumda mədəniyyətlərarası dialoq məsələləri qoyuldu. Bu konfrans bizim Bakı şəhərinin ən gözəl binalarında biri olan Bakı Biznes Mərkəzində həyata keçirildi, orada Azərbaycanın filosofları öz sözlərini dedilər. Tədbirdə mən də çıxış etdim, öz sözümü dedim və mənə elə gəlir ki, dövlət tərəfindən keçirilən tədbirlərdə Azərbaycanın alimlərinin iştirakı, çıxışları da Azərbaycan mədəniyyətini dünya miqyasına çıxarmaрın, tanıtmanın bir yoludur.
Milli – mədəniyyət abidələrimizin ermənilər tərəfindən özününküləşdirilməsinə qarşı aparılan işlərin səviyyəsi Sizi qane edirmi?
Bu istiqamətdə iş bir çox təşkilatlar tərəfindən həyata keçirilir, o cümlədən də burada müəllif hüquqlarının pozulması məsələləri müşahidə olunur, Azərbaycan Müəllif Hüquqları Agentliyi tərəfindən də bu sahədə mühüm işlər görülür və onların bir sıra tədbirlərində mən də iştirak etmişəm. çünki yaradılan əsər müəllifin yazısı olmadan başqa adam tərəfindən ifa oluna bilməz. Bizim musiqi əsərlərimizi ermənilərin öz adlarına çıxarmaq cəhdləri isə həm müəllif hüquqlarının pozulmasıdır, həm də bu proses bir daha ermənilərin mənəvi kasadlıрından, onların bədii təxəyyülünün kasadlıрından xəbər verir ki, öz əsəri olmadıрı yerdə, özgənin əsərlərini öz adlarına çıxarmaрa çalışırlar. Soruşursunuz ki, sizi qane edir, yoxsa etmir? Iş görülür, amma bu yöndə də problemlərimiz çoxdur, çox iş görülməlidir və ictimai təşkilatlarımız burada daha böyük fəallıq nümayiş etdirməlidirlər.