Fəlsəfi Maarifçilik Assosiasiyası "Azərbaycan mədəniyyətinin inkişafinda regional resursların əhəmiyyəti" layihəsinin icrasına başladı.

2012.05.01

Layihədə qarşıya qoyduğumuz məqsəd Azərbaycan mədəniyyətinin inkişafını regional resursların əhəmiyyəti baxımından mənalandırmaqdan və onu həmin bu məna fonun­da təqdim etməkdən ibarətdir.

Bu məqsədin həyata keçirilməsi üçün hazırkı layihə təklifinin 6-cı bəndində göstərilən tədbirlərin keçirilməsi vasitəsilə aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:

- Azərbaycanın milli mədəniyyətinin inkişafında regional resursların rolu ilə bağlı yerinə yetirilmiş tədqiqatlarda ictimai əhəmiyyət kəsb edən məqamların aşkar və inkişaf edilməsinə və onların çap olunmasına nail olmaq;

- Azərbaycanın mənəvi tərəqqisinin öz daxili imkanlarının aktuallaşdırılmasından doğulan milli mədəniyyətinin dünya mədəniyyətinə verdiyi töhfələri vurğulamaqla gənclərdə bir azərbaycanlı olaraq qürur hissinin inkişaf etdirilməsinə və bununla da Azərbaycançılıq ideologiyasının sosial dayaqlarının daha da möhkəmlənməsinə yardımçı olmaq;

- Azərbaycan cəmiyyətində daha yüksək mədəni səviyyənin əldə olunması işinə müəyyən töhfə vermək, mədəniyyət sahəsində həyata keçirilən maarifçiliyin miqyas və dairəsini genişləndirmək, əhalinin, xüsusən gənclərin mədəniyyəti yaradıcı surətdə mənimsəməsinə yardımçı olmaq, dünya mədəniyyətinin mənimsənilməsi prosesininin formal “təqlid” kimi deyil, milli mədəniyyətinin daxili resursların aktuallaşdırılması kimi məzmun kəsb etməsi işində faydalı olmaq;

- dünyanın Azər­baycana, xüsusən gənclərə müasir sivilizasiya pərdəsi altında göstərə bi­lə­cəyi yad təsirlər­dən, təkcə Azərbaycan mədəniyyətinə deyil, ümumbəşəri mədəniyyətə yad olan təsirlər­dən, daha konkret deyilsə, Qərb sivilizasiyasının yan təsirlərindən qorunmasında yardımçı olmaq.

Azərbaycan mədəniyyətinin inkişafında regional resursların əhəmiyyəti hər şeydən öncə onunla müəyyənləşir ki, bu resurslar son nəticədə milli mədəniyyətin daxili imkanlarının aktuallaşdırılmasına xidmət edir.

Belə ki, hər hansı milli mədəniyyətin inkişafında ən azı iki mənbə müəyyənedici əhəmiyyətə malikdir: milli mədəniyyətin daxili resurslarının aktuallaşdırılması(1) və dünya mədəniyyətinin yara­dıcı bir tərzdə mənimsənilməsi(2). Azərbaycan xalqı hər iki mənbədən qaynaqlanan imkanları gerçəkləşdirərək öz unikal mədəniyyətinin bugünkü yüksək səviyyəsini yaratmışdır. Amma bu səviyyə əlbəttə ki, Azərbaycan mədəniyyətinin inkişafında heç də son pillə deyildir. ölkənin davamlı inkişafının zəruriliyi həm də mədəniyyətin davamlı inkişafını zəruri edir. Elə bu səbəbdən də, milli mədəniyyətin həm daxili resursların aktuallaşdırılması istiqamətində, həm də dünya mədəniyyətinin, dünyanın müxtəlif regionlarında formalaşan mədəniyyətlərin yara­dıcı bir tərzdə mənimsənilməsi istiqamətində bundan sonra da inkişaf etdirilməsi həyati zərurət olaraq yenə də qarşıda dayanmaqdadır. Dünyanın müxtəlif regionlarında formalaşan mədəniyyətlərin yara­dıcı bir tərzdə mənimsənilməsi milli mədəniyyətin taransmilli resursların aktuallaşdırılması kimi qiymətləndirilə bilər.

Eyni zamanda onu da qeyd etmək gərəkdir ki, milli mədəniyyətin həm daxili, həm də taransmilli resursların gerşək həyati status kəsb etməsi sahəsində Azərbaycanın zəngin tarixi təcrübəsi vardır. Bu təcrübənin dərindən öyrənilməsi və gənc nəslin tərbiyəsində yaradıcı bir tərzdə istifadə olunması özlüyündə milli mədəniyyətin bundan sonrakı inkişafına mühüm təsir göstərə biləcək bir amildir. Mədəniyyətimizin daxili regional resurslarının ümummilli xarakter kəsb etməsi sahəsində Azərbaycanın zəngin tarixi təcrübəsinə misal olaraq o aşkar faktları göstərə bilərik ki, Azərbaycanın regionlarından birində, Füzuli şəhərinin yaxınlığında yerləşən və Azərbaycan mədəniyyətinin qədimliyini təsdiq edən Azıx mağarası, Azərbaycan Respublikasının şərqində, Böyük Qafqazın cənub-şərq qurtaracağında qayalara e.ə. VIII minillikdən başlayaraq həkk olunmuş Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında e.ə. 3-cü minilliyə aid rəsmlər, Ordubad şəhərindən şimalda Gəmiqaya dağlarındakı e.ə. III-I minilliklərə aid qayaüstü təsvirlər, eramızın I-VI əsrlərinə aid olan Mingəçevir katakomba qəbirlərindən qalıqları tapılmış palas və xalça nümunələri, müxtəlif ipək parçalardan tikilmiş geyimlər, VII əsrdən başlayaraq islam dininin yayılması ilə bağlı Azərbaycanın qədim tarixi şəhərlərində - Qəbələ, Naxçıvan, şamaxı, Bakı, Bərdə, Gəncə, Beyləqan, Lənkəran, Təbriz, Marağa və Ərdəbildə inşa edilən memarlıq kompleksləri, müxtəlif dövrlərdə Azərbaycanın müxtəlif xalçaçılıq məktəblərində toxunulmuş, indi düyanın bir çox muzeylərini bəzəyən xalçalar, Mingəçevir, Gədəbəy, Qazax, Gəncə, Lənkəran ərazilərindən tapılmış qab-qacaq, silah və bəzək nümunələri, zərif formalı qablar, xəncərlər, baltalar, kəmərlər, zinət əşyaları, Kültəpədən və Mingəçevirdən tapılmış gildən düzəldilmış kiçik heykəllər, Bakıdakı Qız qalası və şirvanşahlar sarayı kompleksi, Naxçıvanda Möminə xatın və Yusif ibn Küseyir türbələri, şuşadakı Pənahəli xanın sarayı, şəki xanları sarayı, şən əhvali-ruhiyyəsi və gülüşə xüsusi meylliyi ilə seçilən şəki mühitinin ənənələrini öz genetik yaddaşında daşıyan  Mirzə Fətəli Axundovun XIX yüzilliyin ortalarında, 1850-1856-cı illərdə yazdığı ölməz komediyaları, XIX yüzilliyin axırlarından etibarən Azərbaycanın bir sıra şəhərlərində təşkil olunan, şamaxıda, Bakıda, xüsusən Qafqazın konservatoriyası şöhrətini qazanan şuşada Mir Möhsün Nəvvabın, Məşədi Cəmil Əmirovun, Seyid şuşinskinin, Sadıxcanın, Cabbar Qaryağdıoğlunun adları ilə bağlı olan musiqi məclisləri, bu məclislərin təsiri altında formalaşan professional musiqi, üzeyir Hacıbəyovun, Zülfüqar Hacıbəyovun, Fikrət Əmirovun, Niyazinin, Əfrasiyab Bədəlbəylinin, Soltan Hacıbəyovun, Süleyman Ələsgərovun, Bülbülün, Zülfi Adıgözəlovun, Xan şuşinskinin, Qurban Pirimovun, Rəşid Behbudovun yaratdıqları və ifa etdikləri möhtəşəm sənət əsərləri, Mingəçevirdən, şamaxıdan tapılmış müxtəlif tipli və formalı bədii şüşə məmulatı nümunələri - dekorativ qablar, piyalələr, qadın bəzəkləri milli mədəniyyətin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Son günlərdə, daha konkret deyilərsə, 21 dekabr 2011-ci il tarixində ıçərişəhərdə istifadəyə verilən, mərkəzində Azərbaycanın görkəmli heykəltəraşı ömər Eldarovun müəllifi olduğu abidənin - məşhur karikaturaçı rəssam Əzim Əzimzadənin büstünün və onun köhnə şəhər tipajlarını özündə əks etdirən qəhrəmanlarının fiqurlarından ibarət kompozisiyanın - yer aldığı  “Arxeoloji park” milli mədəniyyətin daxili resurslarının aktuallaşdırılması sahəsində bugünkü gün üçün hələ ki son nailiyyəti hesab oluna bilər. Lakin, bugünkü günlə kifayətlənmək mümkün deyildir. Bu isə eyni zamanda öz gerçəkliyini bu vaxta qədər hələ ki tapmayan regional resursların müəyyənləşdirilməsini və gerçəkləşdirilməsini zəruri edir.

Layihə üzrə nəzərdə tutulan işlərin Bakı və Lənkəran şəhərlərində həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycanın regionları içərisindən Lənkəran şəhərinin seçilməsi cənub bölgəsinin mədəni mərkəzi olaraq Lənkəranın özünəməxsusluğu ilə əlaqədardır. Buraya o məqamı da əlvə etmək yerinə düşər ki, Lənkəran şəhəri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2011-ci ildə Azərbaycanın folklor paytaxtı elan olunmuşdu. Lənkəran şəhərinin Azərbaycanın folklor paytaxtı elan olunması ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən rəsmi tədbirlər yekunlaşsa da, Lənkəran şəhəri Azərbaycanın cənub bölgəsinin mədəni mərkəzi olaraq statusunu əlbəttə ki saxlamaqdadır.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi şurası tərəfindən maliyyələşdirilir.

Layihənin rəhbəri fəlsəfə elmləri doktoru Adil Əsədovdur.

Azərbaycan Respublikasının Prezidenri yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi şurasının eksperti Xanım ısmayılova 19 iyun 2012 tarixində Fəlsəfi Maarifçilik Assosiasiyasında olmuş, layihə ilə bağlı Assosiasiyanın prezidenti Adil Əsədovla və Tural Əsədovla müzakirələr aparmış, konsultativ dəstək nümayiş etdirmişdir.