Fəlsəfi Maarifçilik Assosiasiyasının sədri Adil Əsədovun Lənkəran səfəri uğurla başa çatmışdır

 

2012.10.31

 

Fəlsəfi Maarifçilik Assosiasiyası İctimai Birliyi İdarə Heyətinin sədri Adil Əsədovun Lənkəran şəhərində, Lənkəran Dövlət Universitetində Universitetin rektoru, Azərbaycan Milli Elmlər Akademiyası Lənkəran Regional Elmi Mərkəzi sədri, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf İsgəndərovla görüşmüş, "Azərbaycan mədəniyyətinin inkişafinda regional resursların əhəmiyyəti" mövzusu ətrafında müzakirələr aparmışdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müzakirələr zamanı layihənin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyələşdirildiyi vurğulanmış, layihə çərçivəsində görülən işlər, o cümlədən “Azərbaycan mədəniyyətinin inkişafında regional resursların əhəmiyyəti” mövzusu üzrə Girişdən, altı bölmədən və Xülasədən ibarət metodik vəsaitin hazırlanması barədə məlumat verilmişdir.

Lənkəran şəhərində, Lənkəran Dövlət Universitetində Universitetinin aparıcı alimləri ilə keçirilən görüşlər zamanı Universitetdə layihə çərçivəsində həmçinin gənclərlə görüşün keçirilməsinin nəzərdə tutulduğu vurğulandı. Mövzunun eləcə də Universitetin müəllimləri üçün də maqaq kəsb etdiyinin nəzərə alaraq, gənclərlə görüşdə həmçinin müəllimlərin də iştirak etməsinin məqsədəuyğun olduğu vurğulandı.

Gənclərlə  görüş 31 oktyabr 2012-ci il tarixində, saat 12.00-dan 12.50.-dək Lənkəran Dövlət Universitetinin tədris korpusunda, 311-ci auditoriyada baş tutdu.

Fəlsəfi Maarifçilik Assosiasiyası İctimai Birliyi İdarə Heyətinin sədri Adil Əsədov layihə barədə məlumat verdi, layihənin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirildiyini qeyd etdi.

Adil Əsədov mövzu ilə öz fikirlərini tədbir iştirakçıları ilə bölüşərək vurğuladı ki, milli mədəniyyətin həm daxili, həm də transmilli resursların gerçək həyati status kəsb etməsi sahəsində Azərbaycanın bugünkü günkü gün üçün zəngin tarixi təcrübəsi vardır. Lakin, bugünkü günlə kifayətlənmək mümkün deyildir. Həmin təcrübənin dərindən öyrənilməsi və gənc nəslin tərbiyəsində yaradıcı bir tərzdə istifadə olunması özlüyündə milli mədəniyyətin bundan sonrakı inkişafına mühüm təsir göstərə biləcək bir amildir. Bu isə eyni zamanda öz gerçəkliyini bu vaxta qədər hələ ki tapmayan regional resursların müəyyənləşdirilməsini və gerçəkləşdirilməsini zəruri edir.

Gənclərlə görüş samanı slayd nümayiş etdirildi.

Gənclər və eləcə də müəllimlər tərəfindən verilən suallar cavablandırıldı.

Sonda Fəlsəfi Maarifçilik Assosiasiyası İctimai Birliyi İdarə Heyətinin sədri Adil Əsədov tədbirin keçirilməsində göstərdikləri köməyə və dəstəyə görə Lənkəran Dövlət Universitetinin rektoru, professor Asəf İsgəndərova təşəkkürünü bildirdi.