Azərbaycan Milli Elmlər Akademiyası Humanitar və İctimai Elmlər Bölməsinin iclası keçirilmişdir.

2013.01.28

 

2013-cü il yanvarın 28-ində Azərbaycan Milli  Elmlər Akademiyasının əsas binasında AMEA–nın Humanitar və İctimai Elmlər Bölməsinin üzvləri, bölməyə daxil olan institutların rəhbərləri və şöbə müdirlərinin iştirakı ilə Humanitar və İctimai Bölməsinin iclası keçirildi.

İclasa AMEA–nın Humanitar və İctimai Elmlər bölməsinin akademik–katibi, AMEA–nın müxbir üzvü Kamal Abdullayev sədrlik edirdi.

İclas bölmənin 2012-ci ildə vəfat etmiş alimlərinin, akademik Bəkir Nəbiyevin, AMEA-nın müxbir üzvü Azad Nəbiyevin və digər görkəmli alimlərin xatirəsini bir dəqiqəlik sükutla anılması ilə başladı.

Professor Kamal Abdullayev bölmənin 2012-ci ildə fəaliyyəti ilə bağlı geniş çıxış etdi.

Yekunda tədbir iştirakçıları tərəfindən verilən suallar cavablandırıldı.

Fəlsəfi Maarifçilik Assosiasiyasının prezidenti, Azərbaycan Milli  Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri Adil Əsədov Bölmənin iclasında iştirak etdi.