Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti Humanitar və İctimai Elmlər Bölməsinin 2012-ci ildə fəaliyyəti ilə bağlı hesabatını qəbul etdi.
2013.01.30
2013-cü il yanvarın 30-unda Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında Humanitar və İctimai Elmlər Bölməsinin 2012-ci ildə fəaliyyəti ilə bağlı hesabatı dinlənildi.
İclasda Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin üzvləri - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov, AMEA birinci vitse-prezidenti, akademik Arif Həşimov, vitse-prezident, akademik Nailə Vəlixanlı, vitse-prezident, akademik Akif Əlizadə, AMEA-nın akademik-katibi, akademik Vaqif Fərzəliyev, Fizika-riyaziyyat və texnika elmləri bölməsinin akademik-katibi, akademik Akif Hacıyev, Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik Nadir Seyidov, AMEA–nın Humanitar və İctimai Elmlər Bölməsinin üzvləri, bölməyə daxil olan institutların rəhbərləri və şöbə müdirlərinin iştirak edirdi.
İclasa Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov sədrlik edirdi.
AMEA–nın Humanitar və İctimai Elmlər bölməsinin akademik–katibi, AMEA–nın müxbir üzvü Kamal Abdullayev Bölmənin 2012-ci ildə fəaliyyəti ilə bağlı geniş çıxış etdi.
Yekunda AMEA–nın Humanitar və İctimai Elmlər bölməsinin 2012-ci ildəki fəaliyyəti kafi qiymətləndirildi.
Fəlsəfi Maarifçilik Assosiasiyasının prezidenti, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri Adil Əsədov Bölmənin iclasında iştirak etdi.