ADİL ƏSƏDOV: TƏKLİFLƏR
1.1 maddədə “və” sözünü “və ya” sözləri ilə əvəz etməyi və “tədqiqatçı” sözünü “şəxs” sözü ilə əvəzləməyi təklif edirəm.
Belə ki, şəxsin rəsmən alim kimi tanınması üçün onun həm elmi dərəcəyə, həm də elmi ada malik olması vacib deyildir, onlarda birinə malik olması kifayətdir.
1.4. maddədə “elm” analayışının təyini əvəzinə əslində “elmi fəaliyyət” analayışının təyini verilmişdir. Bu səbəbdən də “elm” analayışının təyininin aşağıdakı qaydada verilməsini təklif edərdim:
1.4. elm – obyektiv reallığı idarə edən qanunların ifadə olunduğu anlayışlar sistemi;
1.5. maddəsində birinci cümlədə “innovativ xarakterli” sözlərinin çıxarılmasını və ikinci cümlənin isə butövlükdə çıxarılmsını təklif edirəm. Çünki ikinci cümlə elmi fəaliyyətin növlərinə, başqa sözlə, 1.6-cı masddənin məzmununa aiddir. Maddənin bütövlükdə aşağıdaki redaksiyada verilməsi düzgün olmuş olardı.
1.5. elmi fəaliyyət – təbiəti, insanı və cəmiyyəti tədqiq etmə yolu ilə yeni elmi biliklərin əldə edilməsi və tətbiqinə yönəlmiş yaradıcılıq prosesi;
1.6. maddəsində “və” və “elmi” sözlərinin arasında “məqsədəyönümlü idarə olunması,” ifadəsinin yerləşdirilməsini və maddənin bütövlükdə aşağıdakı redaksiyada verilməsini təklif edərdim:
1.6. elmi fəaliyyətin növləri – fundamental, tətbiqi və eksperimental tətqiqatlarin aparılması, yüksəkixtisaslı elmi kadrların hazırlanması və məqsədəyönümlü idarə olunması, elmi tətqiqatların nəticələrinin tətbiqi və aprobasiyası;
1.7. maddəsinin aşağıdakı redaksiyada verilməsini təklif edərdim:
1.7.elmi fəaliyyət subyektləri – elmi fəaliyyətin iştirakçıları və sifarişçiləri olan dövlət, özəl və qeyri-hökumət təşkilatları və fiziki şəxslər;
1.11. və bütün digər maddələrdə “və s.” ifadəsinin çıxarılmasını təklif edərdim. Çünki qanun öz təbiəti etibarı ilə konkret və birmənalı olmalıdır.
1.13. maddəsində “fəaliyyət sahəsində çalışan” ifadəsinin “tədqiqat aparan” ifadəsi ilə əvəzlənməsini təklif edərdim. Çünki elmi işçi elmi fəaliyyətin yalnız bir sahəsində, tədqiqat sahəsində fəaliyyət göstərir. Beləliklə,
1.13. elmi işçi – elmi fəaliyyət sahəsində çalışan ali təhsilli mütəxəssis;
1.16. maddəsindən “və elmlə təhsilin vəhdətini təmin edən” sözlərinin şıxarılması təklif edərdim. Çünki müəssisə və ya təşkilatın elmi müəssisə və ya təşkilat kimi fəaliyyət göstərməsi üçün onun elmi fəaliyyətlə məşğul olması kifayətdir. Elmlə təhsilin vəhdətini təmin etməsi və ya etməməsi onu elmi müəssisə və ya elmi təşkilat statusundan məhrum etmir. Beləliklə,
1.16. elmi müəssisə və təşkilat – elmi fəaliyyətlə məşğul olan hüquqi şəxs;
1.25. maddəsində “kommersiya” sözündən sonra “və ya qeyri-kommersiya” sözlərinin əlavə olunmasını təklif edərdim. Beləliklə,
1.25. milli innovasiya sistemi – milli sərhədlər hüdudunda elmi bilik və texnologiyaların istehsali və kommersiya və ya qeyri-kommersiya əsasında reallaşdırılması ilə məşğul olan təşkilatların məcmusu;
1.30. maddəsində “edilən” və “şəxs” sözləri arasına “, müvafiq elmi dərəcəyə malik olan” ifadəsinin əlavə olunmasını təklif edərdim. Beləliklə,
1.30. rəsmi opponent - disertasiya işinin aktuallığını, əhəmiyyətini və elmi yeniliyinin orijinallıq dərəcəsini qiymətləndirmək məqsədilə dissertasiya şurası tərəfindən təyin, edilən müvafiq elmi dərəcəyə malik olan şəxs.
10.3 maddəsində elmi işçi vəzifələri siyahısının indiki praktikada olduğu kimi “kiçik elmi işçi”dən başlanması daha düzgün olmuş olardı.
22.1.1. və 22.1.1. maddələrində “(ali təhsil pilləsinin müvafiq səviyyəsinə uygun elmi dərəcədir)” ifadəsinin çıxarılmasını təklif edərdim. Beləliklə,
22.1.1. fəlsəfə doktoru – elm sahələri göstərilməklə.
22.1.2. elmlər doktoru – elm sahələri göstərilməklə.
38.10. maddəsinin iki hissəyə bölünməsini təklif edərdim Beləliklə,
38.10.1 Elmi işçilər qanunvericiliklə müəyyən edilmiş qaydada güzəştli kredit götürmək hüququna malikdir.
38.10.1 Elmi işçilər qanunvericiliklə müəyyən edilmiş qaydada qrantlar almaq hüququna malikdir.
Son təklif: Qanunnun “ELM HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKSININ QANUNU kimi deyil, “ELMİ FƏALİYYƏT HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKSININ QANUNU kimi adlandırılması daha düzgün olmuş olardı. Çünki bu qanun elmin təbiətini və inkişaf xüsusiyyətlərtini tənzimləmir, insanların elmi fəaliyyətini tənzimləyir.