Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında elm sahəsində fəaliyyət göstərən 27 QHT rəhbərinin iştirakı ilə “Elm haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi müzakirə edil
di.2013.04.25
25 avqust 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında elm sahəsində fəaliyyət göstərən 27 qeyri-hökumət təşkilatının rəhbərinin iştirakı ilə “Elm haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi müzakirə edilmişdir.
İclasa Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin üzvü Azay Quliyev sədrlik etmişdir.
Müzakirələrdə QHT rəhbərləri Rəna Mirzəzadə, İlqar Orucov, Məhərrəm Zülfüqarlı, Adil Əsədov, Ruslan Atakişiyev, Etibar Əliyev, İbrahim Əliyev, Yusif Ağayev, Əhməd Qəşəmoğlu, Niyazi Həsənov, Hüseyn İbrahimov, Teymur Muradov, eləcə də Sahib Məmmədov, Şahin Rəcəb, Vüsalə Hüseynli çıxış etmişlər.
Müzakirələrdə səsləndirilən təkliflərin ümumiləşdirilməsi üçün 7 nəfərdən ibarət redaksiya komissiyasının yaradılması qərara alınmışdır.
XXI Əsr Təhsil Mərkəzi İctimai Birliyinin sədri Etibar Əliyev (komissiyanın əlaqələndiricisi), Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov, Məmmədov, “Sağlam Həyat Mədəniyyəti” İctimai Birliyinin sədri Əhməd Məmmədov, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev, Əliyev, Sosial Hüquqların Araşdırılması İctimai Birliyinin sədri Mayis Əliyev, Sosial-Mədəni Dəyişiklərin Öyrənilməsi ictimai Birliyinin sədri Hüseyn İbrahimov və Fəlsəfi Maarifçilik Assosiasiyası İctimai Birliyinin sədri Adil Əsədov komissiyanın üzvləri seşilmişlər.
Komissiyanın iclasları Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binasında keçirilmişdir.