Fəlsəfi Maarifçilik Assosiasiyası "Azərbaycan mədəniyyətinin inkişaf perspektivləri modernləşmə kontekstində" layihəsi şərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun təşkilati dəstəyi ilə seminar keçirdi.

2013.05.22

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Seminarı Azərbaycan  Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə açdı. O, qeyri-hökümət təşkilatları ilə alimlərin əlaqələrinin möhkəmləndirildiyini qeyd etdi və bu əlaqələrin davam etdirilməsi­nin zəruriliyini vurğuladı.

Fəlsəfi Maarifçilik Assosiasiyası İctimai Birliyinin sədri, fəlsəfə elmləri doktoru Adil Əsədov mövzu üzrə məruzə ilə çıxış etdi.

Professor Sakit Hüseynov mədəniyyət problemlərinin onun rəhbərlik etdiyi şöbə ilə bilavasitə bağlı olduğunu qeyd etdi və bu problemlərinin mümkün həlli yollarından bəhs etdi.

QHT hərəkatının tanınmış nümayəndəsi Əhməd Qəşəm-oğlu keçirilən tədbirin vacibliyini vurğuladı.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun aparıcı alimləri ilə yanaçı, Gənc Alimlər Cəmiyyətinin sədri Radif Mustafayev çıxış etd, modern və postmodern mədəniyyətlər arasındakı fərli əlamətlər barədə öz mülahizələrini bildirdi.

Azərbaycan  Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktorunun müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Roida Rzayeva çıxış edərək , modern və postmodern mədəniyyətlər arasındakı fərli əlamətlər barədə geniş məlumat verdiş

Seminarın keçiriləcəyi yer və vaxt barədə məlumat Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəyə təhkim olunmuş katiblik əməkdaşının elektron poçt ünvanına göndərilmişdir. Tədbirdə Şuranın baneri nümayiş etdirilmişdir.

Seminarın işində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının məsul əməkdaşı Xanım Cəbrayılova iştirak etmişdir.