Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutu ilə

 İtaliyanın Genuya Universiteti arasında

memorandum imzalanmış və bu münasibətlə dəyirmi masa keçirilmişdir. Adil Əsədov italyan və Azərbaycan filosofları arasında əməkdaşlıq perspektivləri ilə bağlı  çıxış etmişdir.

 

 

2014.04.24-2014.04.25

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillonun itşirakı ilə AMEA Fəlsəfə və Hüquq İnstitutu ilə İtaliyanın Genuya Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanmışdır. Məqsəd beynəlxalq konfrans, simpozium və kollokviumlarda alim və tədqiqatçılar arasında fikir mübadiləsinin, birgə elmi araşdırmaların aparılması, Genuya Universitetində təhsil və təcrübə üçün doktorantların seminar və təlimlərdə iştirak və səfərlərinin təşkilidir.

Fəlsəfə və Hüquq İnstitutunun konfrans zalında təşkil olunan tədbiri giriş sözü ilə İnstitutun direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə açıb. O, İnstitutun fəaliyyət istiqamətlərindən danışıb, memorandumun azərbaycanlı və italiyalı alimlər arasında elmi əlaqələringenişləndirilməsinə müsbət təsiri olacağını vurğulayıb.

İnstitutun direktoru İtaliyanın Genuya Universiteti ilə əməkdaşlığın yaradılmasında göstərdikləri xidmətə görə hüquq üzrə elmlər doktoru İsaxan Vəliyevə və filologiya üzrə elmlər doktoru Zöhrə Əliyevaya təşəkkürünü bildirmişdir.

AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Teymur Kərimli son bir il ərzində Azərbaycan Milli Elmlər Akademiyasının beynəlxalq əlaqələrinin genişlənməsindən, Azərbaycanın regionda həm də elm sahəsində liderə çevrilməsi istiqamətində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə tərəfindən həyata keşirilən geniş fəaliyyətdən sohbət aşmışdır. Professor Teymur Kərimli eyni zamanda Azərbaycan və İtaliya arasında əlaqələrin böyük tarixə malik olduğunu diqqətə çatdırmışdır.

İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo son illər iqtisadi əlaqələrin genişlənməsi ilə yanaşı, elm sahəsində də uğurlu addımların atıldığını dilə gətirib.

Tədbirdə çıxış edən İtaliyanın Genuya Universitetinin vitse-prezidenti Mikele Marsone hazırda həmin ali məktəbdə təhsil alanlar arasında azərbaycanlı tələbələrin azlıq təşkil etdiyini və humanitar elmlər sahəsində əlaqələrin genişləndirilməsinə ümid etdiyini dilə gətirib.

Azərbaycanın İtaliyadakı fəxri konsulu Marqarita Kosta humanitar elmlər sahəsində elmi əlaqələrin genişləndirilməsindən sevinc hissi duyduğunu söyləyib.

Aprelin 25-də İnstitutun konfrans zalında dəyirmi masa keçirilmişdir.

Fəlsəfi Maarifçilik Assosiasiyasının sədri, Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru Adil Əsədov dəyirmi masanın işində iştirak etmiş,  italyan və Azərbaycan filosofları arasında əməkdaşlıq perspektivləri ilə bağlı  çıxış etmişdir. Adil Əsədov çəxışında italyanların böyük bir hissəsinin antropoloji olaraq Qafqaz irqinə aid olduğunu, bu cəhətdən də azərbaycanlılarla italyanlar arasında dil və din dərqlərinə baxmayacaq, həyati instinktlərdə və davranış stereotiplərində son dərəcə yaxınlığın olduğunu qeyd etmişdir.

Tədbirdə İnstitutun şöbə müdirləri, fəlsəfə üzrə elmlər doktorları Rəfiqə Əzimova, Əli Abasov, Füzuli Qurbanov, hüquq üzrə elmlər doktoru İsaxan Vəliyev, baş elmi işci, fəlsəfə üzrə elmlər doktoru Əbülhəsən Abbasov, aparıcı elmi işci, fəlsəfə üzrə fəlsəfə doktoru Elsevər Səmədov  çıxış etmişlər.