Adil Əsədov Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İlboyu bilik” layihəsi çərçivəsində Biləsuvar rayonunun 4 saylı orta məktəbində “Azərbaycan bu gün və sabah” mövzusunda dərs keçmişdir.
2014.09.15
Tədbirin sonunda
mövzu ilə bağlı suallar cavablandırıldi. Biləsuvar şəhər 4 saylı orta
məktəbin direktoru Əli Əliyev və eləcə də məktəbin tarix müəllimi Şəfəq
Hüseynova alimlərlə müəllimlər arasında belə görüşlərin əhəmiyyətini
vurğuladılar.
Fəlsəfi Marifçilik Assosiasiyasının prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının şöbə müdiri, fəlsəfə elmləri doktoru Adil Əsədov Biləsuvar rayonunun 4 saylı orta məktəbində yeni dərs ilinin başlanmasına həsr olunmuş mitinqdə iştirak etmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İlboyu bilik” layihəsi çərçivəsində “Azərbaycan bu gün və sabah” mövzusunda dərs keçmişdir.
Adil Əsədov tədbirin məramı barədə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun fəaliyyəti və layihələri, Fondun Himayəçilik Şurası və İcraçı Direktorluğu barədə məlumat vermişdir.
"Azərbaycan bu gün və sabah” mövzusu ilə bağlı diqqətə çatdırılmışdır ki, xalqımız bəşəriyyətin bir parçası olduğu üçün və vətənimiz müasir qlobal dünyanın tərkib hissəsi olduğu üçün Azərbaycanın bu günü və sabahı bəşəriyyətin bu günü və sabahı ilə, müasir qlobal dünyanın bu günü və sabahı ilə ümumi kontekstə malikdir. Hal hazırda müasir dünya industrial cəmiyyətdən postindustrial cəmiyyətə, sənaye cəmiyyətindən informasiya cəmiyyətinə döğru keçid mərhələsini yaşamaqdadır. Bu hal təbii ki Azərbaycan Respublikasında da özünü göstərir.
Həmin gün Biləsuvar Rayon İcra Hakimiyyətinin inzibatı
binasında İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədovla və
Başçının humanitar məsələlər üzrə müavini Xəyalə Qəmbərova ilə görüş
keçirildi.
Görüş səmimi söhbət şəraitində keçdi.