Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri beynəlxalq konfransda Azərbaycanı təmsil edib

2014.11.22


 

AMEA Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru Adil Əsədov 12-13 noyabr 2014-cü il tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “İlahiyyat və elm: dünyagörüş paradiqmalarının dialoqu” mövzusunda keçirilən beynəlxalq konfransın plenar iclasında “Mədəniyyətlərin dörd tipi və onlararası qarşılıqlı münasibətlər (Mədəniyyətlərin tipologiyası Azərbaycan filosofunun baxış bucağında)” adlı məruzə ilə çıxış edib.
“Sankt-Peterburqda fəlsəfə günləri” rəsmi proqramı çərçivəsində keçirilən həmin konfransda Adil Əsədov tərəfindən mədəniyyətlərin tipologiyası ilə bağlı irəli sürülən yeni elmi doktrinanın təqdimatı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Azərbaycan elmi bu gün xaricdə” layihəsinin tərkib hissəsi olaraq həyata keçirilib.

 

 

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytında

Məruzənin slayd təqdimatı