Adil Əsədov Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin,
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin və
Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq
İnstitutunun birgə təşkilatçılığı ilə Ombudsman Aparatında
keçirilən V Respublika elmi-nəzəri konfransında çıxış etmişdir.

2015.05.06


Fəlsəfə elmləri doktoru Adil Əsədov Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin və Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun birgə təşkilatçılığı ilə Ombudsman Aparatında keçiril
ən V Respublika elmi-nəzəri konfransında çıxış etmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Adil Əsədov öz çıxışında aşağıdakı əsas müddəaları irəli sürmüşdür:

 

a) baza tezisləri

§    Dövləti, əslində bütövlükdə həm də xalqı idarə etməli olan qanunların ən mükəmməllərini təbii ki, o kəslər yarada bilərlər ki, onlar həmin bu xalqdandırlar, bu xalqdan olduqları üçün xalqda daşınan genetik resursların daşıyıcılarıdırlar və üstəlik həmin bu genetik resurslara maksimum dərəcədə intellektual-yaradıcı xarakter verə bilmişlər. Bu səbəbdən də xalqı bütövlükdə idarə etməli olan qanunların yaradılması da məhz onlara, xalqın alimlərinə etibar edilməlidir.

 §    Azərbaycanın qanunlarını Azərbaycanın alimləri yaratmalıdırlar. 

 §    Azərbaycanın hasırkı birpalatalı qanunverici hakiməyyət orqanı olan Milli Məclis qanun yaradıcılığı prosesində Azərbaycan alimlərinin intellektual potensialından müəyyən dərəcədə istifadə edir. Azərbaycan alimləri Milli Məclisin qanun yaradıcılığı fəaliyyətində həm Milli Məclisin uyğun komissiyasına dəvət olunmuş ekspertlər qismində iştirak edirlər, həm Milli Məclisin aparatında müəyyən dərəcədə təmsil olunmuşlar, və həm də Milli Məclisin üzvlərin bir qismi alimlərdirlər.

 §    Lakin, bu vəziyyət Azərbaycan qanunlarının yaradılmasında Azərbaycan alimlərinin intellektual potensialından yalnız qismən və sporadik bir şəkildə istifadə olunmasına imkan yaradır. Əvvəla, ona görə ki, Azərbaycan qanunlarının yaradılmasında iştirak edən Azərbaycan alimlərinin yalnız bir qismi - Milli Məclisin üzvləri olanları - qanunvericilik təşəbbüsü hüququna malikdirlər. Bundan fərqli olaraq, Azərbaycan qanunlarının yaradılmasında iştirak edən dıgər alimlər - nə Milli Məclisin uyğun komissiyalarına ekspert qismində dəvət olunanlar, nə də Milli Məclisin aparatında təmsil olunanlar - qanunvericilik təşəbbüsü hüququna malik deyillər. İkincisi, Azərbaycan qanunlarının yaradılmasında Azərbaycan alimlərinin iştirak mexanizmləri bir sistem halında olmadığından, onların seçim və təyinat mexanizmi sporatik xarakter daşımaqla heç də ən optimal deyildir.

b) bəzi təkliflər

§    Azərbaycanın qanunverici hakiməyyətinin ikipalatalı sistem olaraq təsis olunması isə Azərbaycan qanunlarının yaradılmasında Azərbaycan alimlərinin iştirakının permanent və daha optimal olması üçün mümkün vasitələrdən biri və hətta ən optimalı ola bilər. Bu palatalardan birinin ərazilər üzrə əhali tərəfindən seçilən nümayəndələrdən ibarət, digərinin isə sahələr üzrə mütəxəssislər tərəfindən seçilən alimlərdən ibarət təsis edilməsi məqsədəuyğun ola bilər.

 §    Qanunverici hakiməyyətin palatalarının adlandırılmasının dünyada artıq formalaşan ənənələrə uyğun şəkildə aparılması optimal variant hesab edilə bilər: Qanunverici hakiməyyətin şərti olaraq aşağı palata kimi səciyyələndirilə bilən birinci palatasının Nümayəndələr Palatası, şərti olaraq yuxarı palata kimi səciyyələndirilə billən ikinci palatasının isə Senat adlandırılması təklif olunur. Nümayəndələr Palatasının üzvləri deputatlar, Senatın üzvləri isə senatorlar adlandırılır. Qanunverici hakiməyyətinin özünün bütövlükdə isə əvvəlki adının, Milli Məclis adının saxlanılması məqsədəuyğun hesab edilir.

 §    Nümayəndələr Palatasının üzvləri (deputatlar) inzibati-ərazi vahidləri üzrə, Senatın üzvləri (senatorlar) fəaliyyət sahələri üzrə seçilirlər.

 §    Nümayəndələr Palatasının üzvlərini seçmək və seçilmək qaydası hal-hazırda Milli Məclisə seçkilərdə olduğuna oxşar qaydadadır:

Nümayəndələr Palatasının üzvlərini seçmək hüququna Azərbaycan Respublikasının inzibati-ərazi vahidlərinin birinin ərazisində yaşayan vətəndaşlar; Nümayəndələr Palatasının üzvlülünə seçilmək hüququna isə seçildiyi inzibati-ərazi vahidinin ərazisində yaşayan və ali təhsilə malik olan Azərbaycan Respublikası vətəndaşları malikdirlər.

 §    Senatın üzvlərini seçmək hüququna uyğun sahə üzrə ali təhsil almış və həmin sahədə çalışan mütəxəssislər malikdirlər.Senatın üzvlülünə seçilmək hüququna uyğun sahə üzrə elmi dərəcəsi olan Azərbaycan Respublikası vətəndaşları malikdirlər.

 §    Nümayəndələr Palatasının üzvləri seçildikləri ərazi vahidinin əhalisinin nümayəndəsi hesab olunurlar və həmin əhalinin adından çıxış edirlər.

Senatın üzvləri isə hər hansı bir qanunu onun tətbiq olacağı  sahənin yüksək ixtisasları eksperləri olaraq  yaradırlar.

 §     Nümayəndələr Palatasının üzvləri olan deputatlar zonalar üzrə regional deputat qruplarında,Senatın üzvləri olan alim-ekspertlər isə təmsil etdikləri sahələr üzrə daimi komissiyalarda birləşirlər.

§    Nümayəndələr Palatasında səslərin hesablanması prinsipi:  Nümayəndələr Palatasına seçilən hər bir deputat seçildiyi zaman qazandığı səslərin sayına münasib səsə malikdir. Çünki o Azərbaycan xalqının daha çox hissəsinin etibarını qazana bilmişdir və bu səbəbdən də belə hesab etmək üçün əsas vardır ki, o, xalqın daha çox hissəsinin iradəsini ifadə edir. 40 000 sayda əhalinin səsini qazanmış deputata əslində elə 40 000 sayda əhalinin adından çıxış etmək, 25 000 sayda əhalinin səsini qazanmış deputata isə elə 25 000 sayda əhalinin adından çıxış etmək səlahiyyəti verilmişdir.

§     Senata seçkilərdə iştirak edən elektorat sahələr üzrə qruplaşdırılır və şərti olaraq gildiyalar adlandırılan həmin qruplara konkret sahə üzrə bakalavr və ya magistr səviyyəsində ali təhsil almış və həmin sahədə çalışan Azərbaycan Respublikası vətəndaşları aid edilir. Gildiyalar dövlət təşkilatlarının, özəl təşkilatların və qeyri-hökumət təşkilatların ali təhsil almış mütəxəssisləri əsasında formalaşdırılır.Hər bir mütəxəssis yalnız bir gildiyaya daxil olmaq hüququna malikdir.

§    Nümayəndələr Palatası xalqın istəklərinin bir təməzküzləşmə məkanı olsuğu kimi, Senat xalqın intellektual resurslarının bir təməzküzləşmə məkanı kimi çıxış edir.

§      Senat institutunun yaradılması cəmiyyətdə daşınan aristokratik resursların ümummilli problemlərin həllinə cəlb olun­ması üçün də mühüm vasitə ola bilir. Demokratikləşmə elə əslində cəmiyyətdə daşınan aristokratik resursları üzə çıxarmaq və bu resursları cəmiyyətin idarə olunmasına cəlb etmək üçündür.

 

Məruzənin slayd təqdimatı