FƏLSƏFİ MAARİFÇİLİK ASSOSİASİYASI
HİMAYƏDARLAR
ŞURASI
ÖMƏR ELDAROV –
dahi Azərbaycan heykəltəraşı, insan ruhunun əzəmətini konkret obrazlarda təcəssüm etdirən, yaratdığı əsərləri XX və XXI əsr Azərbaycan heykəltəraşlığının ən möhtəşəm nümunələri sırasında danılmaz yer tutan canlı klassik, bəşəriyyətin keçmişdə və indi duyduğu böyük insani hislərin mimikada, qamətdə, mənalı baxışlarda ifadə olunan mücəssimələrini daşların yaddaşında əbədiləşdirməyi bacaran, vurğunluğun faciəsini və qəhrəmaniliyini, dramatizmini və lirizmini, şəxsiyyət olmanın doğurduğu qüruru insanlarda dönə-dönə dərindən yaşatdıran, insanları sözlərin köməyi olmadan, daşların dili ilə dərin fəlsəfi mənanın ağuşuna atan böyük şəxsiyyət, Bakının və dünyanın bir çox diğər şəhərlərinin yaraşığını artıran əsərlərin - Xurşudbanu Natəvanın abidəsinin (Bakı,1960), özü səviyyəli qüdrətli bir sənətkar Toqay Məmmədovla birlikdə yaratdığı Məhəmməd Füzulinin abidəsinin (Bakı,1963), sənət dostu Səttar Bəhlulzadəyənin Əmircandakı məzarı üzərində ucalan abidəsinin (Bakı,1974), müsəlman dünyasının böyük mütəfəkkiri və müsəlman dünyasının qüruru olan Əbu Əli ibn Sinanın (Düşənbə, 1980) heykəlinin, Hüseyn Cavidin (Bakı, 1993), Əzim Əzimzadənin (Bakı, 2001), Müslüm Maqomayevin (Bakı, 1987), İhsan Doğramacının (Ankara, 2001), akademik Zərifə xanım Əliyevanın xatirəsini əbədiləşdirən “Elegiya” əsərinin (Bakı, 1997) və ən nəhayət, müstəqil Azərbaycan dövlətinin yaradıcısi Heydər Əliyevin Fəxri Xiyabandakı abidəsinin müəllifi, eyni zamanda böyük sənətşünas, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, "Şərəf nişanı", "Qırmızı Əmək Bayrağı", "İstiqlal" ordenləri ilə təltif edilm xalq rəssamı, Heydər Əliyev Mükafatını laureatı.
Əsərləri:
a) kağız üzərində
Sənət gözəllik fəlsəfəsinin işığında: fəlsəfə elmləri doktoru Adil Əsədovun Gözəlliyin fəlsəfəsi əsəri ilə bağlı mülahizələrim - “525-ci qəzet”, 04 may 2005-ci il.
b) daş üzərində
1951 Gənc qvardiyaçılar (qorelyef, Leninqrad)
1955 Üzeyir Hacıbəyovun qəbirüstü abidəsi (Bakı)
1960 Şairə Natəvanın heykəli (Bakı)
1963 Şair Füzulinin heykəli (Bakı)
1965 Səttar Bəhlulzadəyənin portreti
1970 Qızım Lalənin portreti
1972 Oğlum Müslümun portreti
1973 Zərdabinin heykəli (Bakı)
1973 Bacılar Lalə və Kamilənin portretləri "Bacılar"
1974 Zamanın dörd rəngi (“Ömrün dörd fəsli”)
1974 Sapun dağı hücumu iştirakçıları olmuş 72–ci diviziyanın əsgərləri "Azərbycanın
qorxmaz oğul və qizlarına" həsr olunmuş memorial (Sevastopol)
1974 Səttar Bəhlulzadənin qəbirüstü abidəsi (Bakı)
1977 Heydər Əliyevinin büst-abidəsi (Naxçıvan)
1977 Güllələnmə
1979 Sədrəddin Ayninin abidə kompleksi (Düşənbə)
1980 İbn Sinanın heykəli (Düşənbə)
1980 Alyoşa Caparidzenun heykəli (Bakı)
1984 Maestro Niyazinin kompozisiyalı portreti
1984 Vaqif Mustafazadənin qəbirüstü abidəsi (Bakı)
1987 Sevinc Rzaquliyevanın portreti
1987 Bəstəkar Müslüm Maqomayevin büstü (Bakı)
1987 Rabindranat Taqorun heykəl portreti
1987 Mahatma Qandinin portreti
1988 Aysel və Aytənin portreti
1988 Fikrət Əmirovun qəbirüstü abidəsi (Bakı)
1989 "Elegiya" (Akademik Zərifə Əliyevanın heykəli)
1989 Niyazinin qəbirüstü abidəsi (Bakı)
1991 Süleyman Rəhimovun qəbirüstü abidəsi (Bakı)
1992 Aida İmanquliyevanın qəbirüstü abidəsi (Bakı)
1993 Hüseyn Cavidin abidə kompleksi (Bakı)
1994 Şıxəli Qurbanovun qəbirüstü abidəsi (Bakı)
1995 Zərifə Əliyevanın qəbirüstü abidəsi (Bakı)
1996 Rəşid Behbudovun qəbirüstü abidəsi (Bakı)
1998 Akademik Həsən Əliyevin qəbirüstü abidəsi (Bakı)
1998 Tamerlan Əliyevin qəbirüstü abidəsi (Bakı)
2000 Ziya Bünyadovun qəbirüstü abidəsi (Bakı)
2000 “XX əsr” tunc heykəli
2001 Heydər Əliyevinin büst-abidəsi (Qars)
2001 Professor İhsan Doğramacının heykəli (Anqara)
2001 Yazıçı Yusif Səmədoğlunun qəbirüstü abidəsi (Bakı)
2001 Əzim Əzimzadənin abidə ansamblı (Bakı)
2001 Süleyman Rustəmin qəbirüstü abidəsi (Bakı)
2002 Tofiq Quluyevin qəbirüstü abidəsi (Bakı)
2003 Oğlum Müslüm Eldarovun qəbirüstü abidəsi (Bakı)
2003 “Zehnin yuxusu” heykəlinin eskizi
2004 Heydər Əliyevin qəbirüstü abidəsi (Bakı)
2004 Nizami Gəncəvinin büstü (Çeboksarı)
2006 Üzeyir Həcibəyovun abidəsi (Vyana)
2008 Bəstəkar Cövdət Hacıyevin qəbirüstü abidəsi (Bakı)
2009 Bəstəkar Müslüm Maqomayevin qəbirüstü abidəsi (Bakı)
2011 Əminə Dilbazinin qəbirüstü abidəsi (Bakı)
2013 Atatürkün heykəli (Bakı)
2013 Nikola Teslanın heykəli (Bakı)
2015 Əziz Əliyevin heykəli (Maxaçkala)
2017 Maestro Niyazinin heykəli (Bakı)
2018 Lütfi Zadənin qəbirüstü abidəsi (Bakı)
2020 Arif Məlikovun qəbirüstü abidəsi (Bakı)
Ağlayan qadın
Analıq
Həyat yoldaşı E.A.Eldarovanın portreti
Antik motiv