Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri, Fəlsəfi Maarufçilik Akademiyasının prezidenti, fəlsəfə üzrə elmlər doktoru Adil Əsədov Amerika Birləşmiş Ştatlarında elmi ezamiyyətdə olub. Azərbaycanlı alim səfər çərçivəsində ABŞ-ın Harvard Universitetinin Elm Mərkəzində Dünya Fenomenologiya İnstitutu tərəfindən keçirilmiş “İnsan, Qeyri-insan və Postinsan: obyektin fenomenologiyası və Kosmosda insan mövqeyi” (“Human/ Non-Human and Posthuman: Phenomenology of The Object and The Human Positioning in The Cosmos) beynəlxalq konfransında “Mahyyətə ilahi qayıdış: təbiətin gözəlliyi” (“Divine Return to Essence: Beauty of Nature”) adlı məruzə ilə çıxış edib.
Mənbələr:
Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytı
Dünya Fenomenologiya İnstitutunin rəsmi saytı